Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əli Əsədovun Azərbaycan Respublikasının Baş Naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
7news.az xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".
Dövlət başçısının digər Sərəncamı ilə Novruz Məmmədov Azərbaycanın Baş naziri vəzifəsindən azad edilib.








