Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
7news.Az təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edim.
Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına və möhkəmlənməsinə Sizin şəxsi töhfəniz Qırğızıstan xalqı tərəfindən yüksək qiymətləndirilir.
Əminəm ki, Sizin peşəkarlığınız və zəngin dövlətçilik təcrübəniz Azərbaycanı daha da inkişaf etdirəcək və onun beynəlxalq nüfuzunu yüksəldəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə xoşbəxtlik, sağlamlıq və firavanlıq diləyirəm".
***
Serbiya Prezidenti Tomislav Nikoliçdən:
"Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və Sizə cansağlığı, şəxsi xoşbəxtlik və uğurlar diləyimi çatdırmaqdan məmnunluq duyuram.
Əminəm ki, birgə səylərimiz xalqlarımız arasındakı dostluğu ölkələrimizin mənafeyi naminə daha da möhkəmləndirməyə və hərtərəfli qarşılıqlı əlaqələrimizi gücləndirməyə xidmət edəcək.
Sizin və ailənizin xoşbəxtliyi, Azərbaycan xalqının inkişafı və rifahı arzularımla yanaşı, cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".
***
Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan:
"Möhtərəm İlham Heydər oğlu. Əlamətdar yubileyiniz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.
Siz dünya birliyinin gözündə müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasətinin möhkəm əsasını qoymuş dahi atanızın işinin layiqli davamçısısınız. Azərbaycanın davamlı inkişafı ilə bağlı irimiqyaslı məsələlərin müvəffəqiyyətlə həlli, firavan və sürətlə tərəqqi edən dövlətlərdən biri kimi beynəlxalq arenada nüfuzunun möhkəmlənməsi Sizin adınızla bağlıdır. Əminəm ki, Rusiyanı və qardaş Azərbaycanı birləşdirən sıx qarşılıqlı faydalı və humanitar əlaqələr bundan sonra da inkişaf edəcək.
Bu əlamətdar gündə Sizə insanları cəlb edən, dostlarınızın, silahdaşlarınızın və məsləkdaşlarınızın çevrəsini genişləndirən quruculuq enerjinizi hələ uzun illər qoruyub saxlamağı, habelə xalqınıza xidmət işində daha böyük uğurlar, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm".
***
BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qordon Birrelldən:
"Hörmətli cənab Prezident. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də təbrik etmək istəyirəm. Sizə və Azərbaycan xalqına müvəffəqiyyət və rifah diləyirəm.
BP şirkəti olaraq biz Azərbaycana böyük önəm veririk və gələn il buradakı fəaliyyətimizin 25 illiyini qeyd edəcəyimizdən qürur duyuruq. Bu illər ərzində biz regionda dünya səviyyəli bir sıra layihələr həyata keçirmişik. Bu layihələrin gerçəkləşməsi Sizin dəstəyiniz və rəhbərliyiniz sayəsində mümkün olmuşdur. Biz, həmçinin Azərbaycan Hökuməti ilə SOCAR-ın məhsuldar və etibarlı əməkdaşlığını yüksək qiymətləndirir, əmin olduğumuzu bildiririk ki, bu münasibətlər gələcəkdə də davam edəcək".
***
MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedevdən:
"Möhtərəm İlham Heydər oğlu. Anadan olmağınızın 55 illiyi münasibətilə Müstəqil Dövlətlət Birliyinin İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan səmimi təbrikləri qəbul edin.
Siz Azərbaycan xalqının hamı tərəfindən qəbul edilən lideri kimi beynəlxalq aləmdə də layiqli nüfuz qazanmısınız.
Azərbaycan Respublikası Sizin rəhbərliyiniz ilə fəal xarici siyasət kursu yeridir, mühüm qlobal və regional məsələlərin həllində etibarlı və konstruktiv tərəfdaş kimi çıxış edir.
Sizi təkcə görkəmli dövlət xadimi və siyasi xadim kimi deyil, həm də iqtisadi islahatların cəsarətli novatoru və təşəbbüskarı, sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə yönələn qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın ardıcıl tərəfdarı, bütün ruhu və qəlbi ilə öz xalqına sadiq olan bir insan kimi tanıyırlar.
İcazə verin, əminliklə bildirim ki, Sizin ali dövləti və siyasi fəaliyyətdə qazandığınız zəngin təcrübə bundan sonra da Azərbaycan Respublikasının davamlı inkişafına və Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya xarakterli qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".
***
Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan:
"Möhtərəm İlham Heydər oğlu. Ad gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.
Siz siyasi müdrikliyiniz, strateji təfəkkürünüz, dövlətin bu gününə və gələcəyinə görə məsuliyyət hissiniz, vətəndaşlara daim qayğı ilə yanaşmağınız sayəsində çoxmillətli Azərbaycanın sakinləri arasında dərin hörmət, öz ölkəsinin əsl vətənpərvəri və milli lideri kimi layiqli beynəlxalq nüfuz qazanmısınız.
Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni inkişaf sahələrində şəksiz nailiyyətləri, siyasi sabitliyin qorunub saxlanması, əhalinin həyat səviyyəsinin və rifahının yüksəldilməsi ümummilli lider Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin Sizin tərəfinizdən layiqincə davam etdirilməsinin nəticəsidir.
Bu il dekabrın əvvəlində Dağıstan Respublikası Xalq Məclisinin nümayəndə heyətinin parlamentlərarası əməkdaşlıq çərçivəsində Azərbaycana səfəri zamanı biz növbəti dəfə respublikanızın əldə etdiyi uğurların şahidi olduq. Dağıstanlılar Rusiya və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin töhfənizi yüksək qiymətləndirirlər. Biz bu münasibətlərin bundan sonra da qarşılıqlı hörmət və etimad əsasında inkişaf edəcəyinə inanırıq.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, tükənməz güc və enerji, Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm".
***
TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan:
"Hörmətli cənab Prezident. TÜRKSOY-un baş katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Zati-alinizin yürütdüyü uzaqgörən və müdrik siyasət nəticəsində Azərbaycan Respublikası regionda və bütün dünyada sabitliyin və tərəqqinin önəmli amilinə çevrilmiş, multikulturalizmin və tolerantlığın mərkəzlərindən biri olmuşdur.
"Şəki-2016” Türk dünyasının mədəniyyət paytaxtı ilinin uğurla başa çatdırılması, TÜRKSOY-un Daimi Şurasının Şəkidə keçirilmiş 34-cü toplantısının qərarı ilə 2017-ci ilin Türk dünyasında "Molla Pənah Vaqif ili” elan edilməsi Azərbaycan ilə TÜRKSOY arasında olan sıx əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsinin bariz nümunələridir.
Bu xoş fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirdiyinizə və dəstəklədiyinizə görə Sizə dərin təşəkkürlərimi bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".
7news.Az








