RU
Prezidentin masasındakı qırmızı düymənin SİRRİ: Basınca baxın nə olur- FOTOLAR
15:40
1647

Prezidentin masasındakı qırmızı düymənin SİRRİ: Basınca baxın nə olur- FOTOLAR

ABŞ prezidenti Donald Trampın Ağ Evdəki oval otağında masanın üstündəki qutunun sirri açılıb.

7News.az xarici mətbuata istinadən bildirir ki, indiyə qədər müzakirələrdə həmin qutudakı düymənin kabinet üzvlərini otağa çağırmaqdan tutmuş nüvə silahını işə salmaq üçün ən müxtəlif səbəblərlə istifadəsinə dair fikirlər yürüdülüb. Ancaq indi məlum olub ki, Tramp düyməni bu məqsədlərdən heç biri üçün istifadə etmir. 

Associated Press-in əməkdaşı Culian Peyc Trampla bir dəfə bu otaqdakı müsahibəsində qırmızı düymədən nə üçün istifadə edildiyini görüb. Jurnalistin yazdığına görə, Tramp həmin düyməyə basdığı zaman Ağ Evdə xidmət edən xidmətçi otağa gəlib və Trampa kola gətirib. 

"Qırmızı düymə" iddiası hələlik yeni olsa da fast-food və Amerika yeməklərini çox sevən prezidentin kolaya düşkünüyü dəfələrlə yazılıb. //cebhe.info

7News.az

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ