Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Belarusa səfəri zamanı hörmətli qonaqlar xiyabanında küknar ağac əkib.
Bu barədə 7News “Belta” agentliyinə istinadən xəbər verir.
Ağacın əkilməsi mərasimində Belarus prezidenti Aleksandr Lukaşenko da iştirak edib.
Mərasimlə bağlı agentliyin yaydığı fotoda liderlərin yağışlı havada yeni əkilmiş küknar ağacını suladığı aydın şəkildə görünür.








