Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarənin "Vaqner” qrupunun prezidenti Yevgeni Priqojinin də olduğu bir parçası, təyyarənin düşdüyü yerdən 2 kilometr aralıda tapılıb.
7NEWS.az xəbər verir ki, polis parçanın tapıldığı yeri mühasirəyə alıb və insanların bu əraziyə daxil olmasını qadağan edib. Polis qrupları da yoldan keçən nəqliyyat vasitələrini saxlayıb yoxlayır. Dünən axşam saatlarında Rusiyanın Tver vilayətində Embraer Legacy tipli şəxsi sərnişin təyyarəsi qəzaya uğrayıb. Moskvadan Sankt. Sankt-Peterburqa gedən təyyarədə olan 10 nəfərin hamısının həyatını itirdiyi bildirilib.
7NEWS.az








