RU
Prokurorluq şəhid qızını vuraraq öldürən sürücü ilə bağlı məlumat yaydı
14:15
504

Prokurorluq şəhid qızını vuraraq öldürən sürücü ilə bağlı məlumat yaydı

Baş Prokurorluq paytaxtda ölümlə nəticələnmiş qəza ilə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan 7news.Az-a verilən məlumata görə, Səbail rayonu ərazisində Əkbərova Könül Elton qızının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı "Jeep Grand Cherokee” markalı, 90-FO-007 dövlət nömrə nişanlı avtomobili idarə etmiş təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsi tərəfindən ev dustaqlığına buraxılmayıb.

Qeyd edilən yol-nəqliyyat hadisəsi zamanı "Jeep Grand Cherokee” markalı avtomobili idarə etmiş şəxs başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan müdafiə tərəfinin verdiyi şikayətə dekabrın 8-də Bakı Apellyasiya Məhkəməsində baxılıb və həbs-qətimkan tədbirinin seçilməsinə dair qərar dəyişdirilmədən qüvvəsində saxlanılıb. Həmin cinayət işi üzrə müdafiə tərəfindən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Səbail rayon məhkəməsinə müraciət edilməyib və bununla əlaqədar məhkəmə iclası keçirilməyib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ