RU
Psixoloqun məktəbli qızı intihar etdi
22:50
719

Psixoloqun məktəbli qızı intihar etdi

Komi Respublikasında 5-ci sinif şagirdi intihar edib.

7NEWS.Az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, o, məktəb psixoloqunun qızı idi və əvvəllər dostlarına anası arasındakı çətin münasibətdən şikayət edib.

Qızın intihar etməzdən əvvəl məktub yazdığı bildirilir. 

Onun yaxşı oxuduğu, müəllimləri və həmyaşıdları ilə dostluq münasibətləri qurduğu da məlum olub. Bununla belə, məlum olub ki, anası məktəbli qızdan daha yaxşı qiymət tələb edirmiş. 5-ci sinif şagirdi bununla bağlı rəfiqələrinə gileylənirmiş.

Sentyabr ayında qız intihar haqqında danışmağa başlayıb, amma dostları onu ciddiyə almayıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ