Türkiyənin Muğla rayonunda bir işçi pulunu ala bilmədiyi üçün inşaat işləri davam edən binanın 4-cü mərtəbəsinə çıxaraq intihara cəhd edib.
7News.az Milliyet-ə istinadən xəbər verir ki, hadisə bu gün saat 12:30-da Muğlanın mərkəzi rayonu Menteşedə baş verib.
Hadisə yerinə gələn polis qrupundan bir mütəxəssis S.Y.-nin yanına çıxaraq, şirkət səlahiyyətlilərinə zəng edib. Polis şirkət səlahiyyətlilərindən S.Y.-nin intihar etməməsi üçün onun pulunu gətirməklərini istəyib. Qısa bir müddət sonra inşaata gələn şirkət rəhbərliyi S.Y.-yə 6 min lirəsini verib, fəhlə intihardan imtina edib. Vanda çalışmaq üçün Muğlaya gəldiyi və subay olduğu öyrənilən S.Y. daha sonra ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.//milli.az
7News.az









