Sanksiyalar və məhdudiyyətlər tətbiq etməklə Avropa, ilk növbədə, inflyasiyanın görünməmiş sıçrayışına nail olub. Aİ səlahiyyətliləri artıq etiraf edirlər ki, ABŞ siyasəti Avropanın sənayesizləşməsinə gətirib çıxarır.
Bunu Rusiya Prezidenti Vladimir Putin strateji inkişaf və milli layihələrlə bağlı Şuranın iclasında bildirib.
"Həmin Avropa məhdudiyyətlər qoymaqla nəyə nail oldu? İlk növbədə, iqtisadçıların dediyi kimi, avrozonada görünməmiş inflyasiyanın artımına nail oldu. Bu gün Aİ səlahiyyətliləri özləri etiraf edirlər ki, onların əsas tərəfdaşı olan ABŞ-ın siyasəti birbaşa olaraq Avropanın sənayesizləşməsinə gətirib çıxarır. Onlar hətta bu məsələ ilə bağlı bəzi hesabları amerikalı ağalarına təqdim etməyə çalışırlar. Bəzən onların açıqlamalarında hətta incikliyə dair sözlər də rast gəlinir. ABŞ-dan niyə Aİ ilə belə rəftar etmələrini soruşurlar. Sadəcə bununla bağlı soruşmaq istəyirəm: bəs nə istəyirdiniz? Ayağını öz üzərinə silməyə icazə verənlərlə daha nə cür rəftar edilməlidir? Nəticədə bu, onların öz işidir”, - deyə Putin vurğulayıb.
7NEWS.Az








