Rusiya Prezidenti Vladimir Putin bu il ABŞ Prezidenti Co Baydeni və amerikalıları Müstəqillik Günü münasibətilə təbrik etməyəcək.
7NEWS.Az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Xeyr, bu il təbrik teleqramı göndərilməyəcək", - Kremlin sözçüsü vurğulayıb.
Peskovun sözlərinə görə, bu, 2022-ci ildə faktiki olaraq ABŞ-ın Rusiyaya qarşı qeyri-dost siyasətinin kuliminasiya nöqtəsinə çatması ilə bağlıdır: "Ona görə də, təbii ki, bu şərtlər daxilində, çətin ki, belə bir təbrik mesajı göndərilməsini məqsədəuyğun hesab etmək olar".
7NEWS.Az








