RU
Putin Berdiməhəmmədovu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib
22:15
693

Putin Berdiməhəmmədovu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Rusiya Prezidenti Vladimir Putin Türkmənistanın "Halk Maslahatı Milli Gengeş"in (parlamentin yuxarı palatası) sədri və bu ölkənin eks-prezidenti Qurbanqulu Berdiməhəmmədovu IV dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının müvafiq fərmanı rəsmi informasiya portalında dərc olunub.

Sərəncamda deyilir: "Rusiya Federasiyası ilə Türkmənistan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfəyə görə Berdiməhəmmədov Qurbanqulu Myalikquliyeviç IV dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ