RU
 Putin:
18:43
399

Putin: " Dünya və regional problemlərin həllində iştirak etməyə hazırıq"

"Rusiya dünya və regional problemlərin həllində iştirak etməyə hazırdır".
 
Bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətində bildirib.
 
"Biz məsuliyyətimizin həddini anlayırıq. Dünya və regional problemlərin həllində iştirakımıza ehtiyac varsa, buna hazırıq" - deyə, Rusiya prezidenti qeyd edib. Beynəlxalq terrorçuluğa qarşı birgə mübarizənin vacibliyindən danışan V. Putin vurğulayıb ki, ölkəsi ABŞ-la beynəlxalq terrorçuluğa qarşı səylərin birləşdiriləcəyinə ümid edir: "ABŞ-la uydurma deyil, real təhlükə, beynəlxalq terrorçuluqla mübarizədə qüvvələrin birləşdirilməsinə ümid edirik. Bu tapşırığı Suriyada bizim hərbi qulluqçularımız yerinə yetirir".  //apa
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ