RU
Putin KTMT-ya üzv ölkələrin liderləri ilə Qazaxıstandakı durumu müzakirə edib
20:50
536

Putin KTMT-ya üzv ölkələrin liderləri ilə Qazaxıstandakı durumu müzakirə edib

Putin KTMT ölkələrinin liderləri ilə danışıqlar aparıb

Rusiya prezidenti Vladimir Putin dünən və bu gün KTMT-yə üzv ölkələrin liderləri ilə bir sıra telefon danışıqları aparıb.
 
Bu barədə Kremlin mətbuat katibi Dmitriy Peskov bildirib.
O, Putinin Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus Prezidenti Aleksandr Lukaşenko, Tacikistan Prezidenti Emoməli Rəhmon, Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar apardığını söyləyib.

Həmçinin, onun sözlərinə görə, Putin Qazaxıstan prezidenti Kasım Jomart Tokayevlə dəfələrlə telefonla danışıb: "Qazaxıstandakı vəziyyət və beynəlxalq terrorizmlə mübarizə, Qazaxıstan vətəndaşlarının asayişini və təhlükəsizliyini təmin etmək üçün KTMT mandatı çərçivəsində birgə fəaliyyət müzakirə edilib”./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ