Putin vurğulayıb ki, Rusiya nüvə gücləri üzrə bütün beynəlxalq razılaşmalara ciddi şəkildə əməl edir.
"Biz istənilən potensial təcavüzkardan daha güclüyük”, - deyə prezident bildirib.
Dövlət başçısı həmçinin qeyd edib ki, Amerika nüvə arsenalının gücünə şübhə etmir. Putin ABŞ-ın nüvə güclərinin möhkəmləndirilməsi haqqında ölkənin yeni seçilmiş prezidenti Donald Trampın fikirlərində yenilik görmədiyini deyib.
Jurnalistlərdən biri "The Wall Street Journal”ın iddia etdiyi növbədənkənar prezident seçkilərinin keçirilməsi imkanı haqqında soruşdu. Putin isə öz növbəsində zarafatından qalmadı: "Hansı ölkədə?”
Putin qeyd edib ki, seçkilərin irəli çəkilməsi mümkündür, amma məqsədəuyğun deyil.
7News.az








