RU
Putin:
23:20
657

Putin: ""Şimal axını -2" Avropa və Ukraynada qazın qiymətinin aşağı düşməsinə səbəb olacaq"

""Şimal Axını - 2"nin ikinci xəttinin açılması şübhəsiz ki, Avropa bazarında qiymətlərin sabitləşməsi məsələsinin həllinə xidmət edəcək".

7NEWS.Az-ın xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin payız-qış istilik mövsümünə keçilməsi ilə bağlı videokonfransda deyib.

""Şimal axını -2" layihəsinin işə salınması Avropada, o cümlədən Ukraynada qazın qiymətinin aşağı düşməsinə səbəb olacaq. Onun işə salınmasına icazə verilən kimi Rusiyadan əlavə böyük həcmdə qaz Avropaya tədarük ediləcək. Rusiya və onun tərəfdaşları "Şimal axını -2”nin yaradılması tapşırığını yerinə yetiriblər və indi söz avropalılardadır", - Rusiya Prezidenti qeyd edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ