Rusiya prezidenti Vladimir Putin Soçidə ölkənin Müdafiə nazirliyi və müdafiə sənaye kompleksinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.
7News.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuat katibi Dmitri Peskov bildirib.
“Prezident... bu gündən Soçidə işləyir. Bu gün Müdafiə Nazirliyi və müdafiə-sənaye kompleksi sektorunun rəhbərliyi ilə növbəti, sayca 7-ci görüşü keçiriləcək. Bu olduqca yaxşı praktikadır”, - deyə Peskov qeyd edib.
Peskovun sözlərinə görə hazırda görüşlər davam edir və son görüş cümə günü keçiriləcək.








