Fevralın 19-da Rusiya prezidenti Vladimir Putin situasiya mərkəzindən strateji qüvvələrin təlimlərini izləyəcək.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov vurğulayıb ki, planlaşdırılan təlimlər və ballistik raketlərin təlim buraxılışları müntəzəm olaraq keçirilir və heç kimi narahat etməməlidir.
Onun sözlərinə görə, Rusiya silahlı qüvvələrinin planlaşdırılan təlimlərindən əvvəl müxtəlif kanallar vasitəsilə müxtəlif ölkələri xəbərdar edir.
7NEWS.Az








