Bu barədə rusiyalı politoloq Aleksandr Karavayev deyib.
Karavayevə görə, Ermənistan öz nümayəndəsinin KTMT-yə rəhbərlik etməsini istəyirsə, o zaman Dağlıq Qarabağla bağlı söz verməlidir: "İclasda Ermənistanın Qarabağ məsələsində mövqelərini gücləndirmək üçün KTMT-ni təzyiq meydançası kimi istifadə etməyə başlamayacağı müəyyən edilərsə, təşkilatın baş katibi erməni nümayəndəsinin olması müzakirə edilə bilər”.
Lakin politoloq hesab edir ki, bu, bir qədər problemi məsələdir.
"Çünki Ermənistanın KTMT-ni münaqişədə təzyiq meydançası kimi istifadə etmək niyyəti var. Ehtimal ki, baş katib Ermənistan nümayəndəsi olacaqsa, o, KTMT-də daim Dağlıq Qarabağ məsələsini qaldıracaq. Belə təhlükə var”, - deyə o bildirib.
Qeyd edək ki, KTMT-nin iclası bu gün axşam saatlarında Sankt-Peterburqda başlayacaq. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, iclasda təşkilata baş katibin seçilməsi məsələsi də müzakirə olunacaq. Hazırda baş katib Nikolay Bordyuja 2003-cü ildən bu postdadır. 2005-ci ilin dekabrında keçirilən iclasda onun səlahiyyətlərinin 2017-ci ilin 1 yanvar tarixinə qədər uzadılması haqqında qərar verilmişdi. Hazırda növbəti ilin ilk günündən onun səlahiyyətləri başa çatır. Lakin ekspertlər uyğun namizədin tapılmayacağı halda, N.Bordyujanın səlahiyyətlərinin yenidən uzadılacağını istisna etmir.








