RU
Qaçaq məhkum gizləndiyi evdə yaxalandı
19:15
45

Qaçaq məhkum gizləndiyi evdə yaxalandı

 FETÖ/PDY üzvü olduğu üçün axtarışda olan və son cəzası 6 il 10 ay olan qaçaq qadın gizləndiyi evdə yaxalanıb.
 
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Türkiyənin Muğla bölgəsində baş verib.
 
Marmaris Rayon Polis Şöbəsi Terrorla Mübarizə qrupları FETÖ/PDY silahlı terror təşkilatı üzvü olduğu üçün axtarışda olan C.T.-nin Marmarisdə bir evdə gizləndiyini müəyyən edib.
 
6 il 10 ay həbs cəzası kəsilən C.T. adlı şəxs, terror qruplarının evində keçirilən əməliyyat zamanı yaxalanıb.
 
Nəzarətə alınan C.T. haqqında məhkəmə həbs qərarı verib.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ