Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq və narkotik dövriyyəsində təqsirləndirilən Asif Məmmədov və Vüqar Həşimovun məhkəməsi başlayıb.
Hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Proses avqustun 16-da davam edəcək.
Qeyd edək ki, onlar DTX əməkdaşları tərəfindən Azərbaycana narkotik vasitə keçirmək istəyərkən saxlanılıblar./apa
7news.Az








