RU
Qaçqın düşərgəsində faciə: 1 yaşlı uşaq diri-diri yandı
11:40
344

Qaçqın düşərgəsində faciə: 1 yaşlı uşaq diri-diri yandı

Livanın şimalındakı Minya şəhərində məskunlaşmış suriyalıların qaçqın düşərgəsində yanğın baş verib.

7News.Az xəbər verir ki, bu barədə Livan Mülki Müdafiə İdarəsindən açıqlama verilib. Yanğının 10 çadırda qeydə alındığı və bir müddət sonra söndürüldüyü diqqətə çatdırılıb. Həmçinin hadisə nəticəsində 1,5 yaşlı körpənin öldüyü bildirilib.

Yanğının hansı səbəblə baş verdiyi hələ ki məlum deyil. Faktla bağlı istintaq başladılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ