09:22
Mirror-un məlumatına görə, hadisə balacalar səhər idmanından qayıdarkən baş verib.
Yaralılar xəstəxanaya çatdırılıblar. Bəzi Çin saytlarının yazdığı məlumata görə, uşaqlardan ikisi ölüb.
Cinayəti törədən şəxs saxlanılıb. O, saxlanılarkən polislərə hökümətdən narazı olduğunu söyləyib.
09:04
Əli bıçaqlı qadın bağçadakı uşaqlara hücum çəkib.
7News.Az Sky News-a istinadla xəbər verir ki, 39 yaşlı, Lui adlı qadın Çinin Çonqinq vilayətindəki "Yudonq yeni əsr bağçası"na hücum edərək uşaqları bıçaqlayıb.
Çin rəsmilərinin verdiyi məlumata görə azı 14 uşaq xəsarət alıb.
Hadisə ilə bağlı ətraflı məlumat verilmir.


7News.Az








