RU
Qadın sərnişinə hücum edib üzünü yumruqladılar, tanınmaz hala saldılar - FOTO
16:40
480

Qadın sərnişinə hücum edib üzünü yumruqladılar, tanınmaz hala saldılar - FOTO

Almaniyada tramvayla işə gedən türk qadına hücum olunub. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hacər Uğurlu işə tramvaya minən zaman tanımadığı insanlar ona hücum edərək döyüb. 

Qadın mətbuata açıqlamasında bunları deyib: " Tramvayın içində insanlar çox idi. Yanımdakı insan üzümə baxıb xoşagəlməz sözlər dedi. Düşəcəyim dayanacağa çatdığım üçün ayağa qalxdım. Bu zaman həmin insan üzümü yumruqlamağa başladı. Mən döyülən zaman mənə heç kim kömək etmədi. Həyatımız burada təhlükədədir. Tramvay sürücüsü yanıma gələndə niyə qapıları açıb, həmin adamın qaçmasına kömək etdiyini bildirdim. Bu zaman onsuz da onun təhlükəsizlik kameraları vasitəsi ilə tutulacağını söylədim. Sürücü isə kameralar işləsə caninin tutulacağını söylədi”. 
 Qadın sərnişinə hücum edib üzünü yumruqladılar, tanınmaz hala saldılar - FOTO
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ