RU
Qadın zəhərli ilanı tozsoranla tutdu - FOTO-VİDEO
15:40
485

Qadın zəhərli ilanı tozsoranla tutdu - FOTO-VİDEO

Avstraliyanın Kvinslend ştatının Sanşayn-Kost bölgəsində qadın evə girən zəhərli ilanı tozsoranla tutub.

Qadın zəhərli ilanı tozsoranla tutdu - FOTO-VİDEOBu barədə "Daily Mail" yazır.

 

Qadın zəhərli ilanı tozsoranla tutdu - FOTO-VİDEOBelə ki, təmizlik işləri ilə məşğul olan qadın evə ilanın girdiyini görərək əlindəki tozsoranı ona tərəf uzadıb. Tozsoran dərhal ilanı içinə çəkib. Daha sonra qadın "Sunshine Coast Snake Catchers" ilantutma şirkətinə zəng edib.

Qadın zəhərli ilanı tozsoranla tutdu - FOTO-VİDEOHadisə yerinə gələn ilan tutan heyvanı tozsoranın içindən çıxararaq yaşyış məntəqələrindən uzaq ərazidə azadlığa buraxıb.

Qadın zəhərli ilanı tozsoranla tutdu - FOTO-VİDEOAvstraliyada yaşayan bu növ ilanların uzunluğu 1,5-2 metrə çatır. Onların zəhərində olan neyrotoksinlər insan həyatı üçün qorxulu hesab olunmur, lakin ev heyvanları üçün təhlükəli ola bilər.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ