Avstraliyanın Kvinslend ştatının Sanşayn-Kost bölgəsində qadın evə girən zəhərli ilanı tozsoranla tutub.
Bu barədə "Daily Mail" yazır.
Belə ki, təmizlik işləri ilə məşğul olan qadın evə ilanın girdiyini görərək əlindəki tozsoranı ona tərəf uzadıb. Tozsoran dərhal ilanı içinə çəkib. Daha sonra qadın "Sunshine Coast Snake Catchers" ilantutma şirkətinə zəng edib.
Hadisə yerinə gələn ilan tutan heyvanı tozsoranın içindən çıxararaq yaşyış məntəqələrindən uzaq ərazidə azadlığa buraxıb.
Avstraliyada yaşayan bu növ ilanların uzunluğu 1,5-2 metrə çatır. Onların zəhərində olan neyrotoksinlər insan həyatı üçün qorxulu hesab olunmur, lakin ev heyvanları üçün təhlükəli ola bilər.








