Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqdirləndirilən Sübha Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, S.Cədərov qadını şantaj edərək, ondan 6 min manat pul alıb.
O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub./report
7news.Az








