Cənubi Afrika ölkəsi Zimbabvedə olduqca qorxulu hadisə baş verib.
7News.az-ın məlumatına görə, şiddətli yağışdan çətirlə qorunmağın mənasız olduğunu görən qadın, bir müddət ağacın altında qalmağa qərar verib. Lakin elə bu zaman onu ildırım vurub. Zərbənin təsirindən yerə yıxılan afrikalının köməyinə yaxınlıqdakı şəxslər gəlib. Dərhal xəstəxanaya yerləşdirilən qadının möcüzə nəticəsində ciddi xəsarət almadığı məlum olub.
Hadisə ötən həftə baş versə də, görüntülər sosial mediada indi yayılıb.
7News.az








