RU
Qadınları cinsi istismara məruz qoyan qadının şikayəti rədd edildi
16:35
791

Qadınları cinsi istismara məruz qoyan qadının şikayəti rədd edildi

Bakı Apellyasiya Məhkəməsində insan alverinə görə həbs edilən İrina Qəmbərovanın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.

İttihama görə, İ.Qəmbərova İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, qadınları cinsi istismara məruz qoymaqda ittiham edilib və barəsində Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qəmbərova 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan müdafiə tərəfi apellyasiya şikayəti verib./trend

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ