lombard

Azərbaycanda ən yüksək əmək haqqını onlar alıb

Azərbaycanda ən yüksək əmək haqqını onlar alıb

2016-cı ilin yanvar-fevral aylarında ölkə əhalisi 6459,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 10,2 faiz çox gəlir əldə edib. Bu barədə Dövlət Statistika Komitəsinin yanvar-fevral ayı üzrə makrogöstəricilərində qeyd olunub.

Bildirilib ki, gəlirlərin orta hesabla hər nəfərə düşən həcmi 673,3 manat təşkil edib. Bütün icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 5769,5 milyon manatlıq və ya əvvəlki ildəkindən 9,4 faiz çox vəsait qalıb.

Həmçinin qeyd edilir ki, 2016-cı ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 480,1 manat təşkil edib.

Əmək haqqı neft sektorunda 2774,6 manat, qeyri-neft sektorunda 425,1 manat, dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 355,4 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 659,3 manat olub, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Xəbər lenti