RU
QALMAQAL: Pilot qadın sərnişini yumruqladı - VİDEO
14:12
547

QALMAQAL: Pilot qadın sərnişini yumruqladı - VİDEO

ABŞ-ın hava yolu şirkətlərindən "United Airlines"dən sonra bu dəfə "Delta Airlines"ə məxsus təyyarədə qalmaqal yaşanıb. 

7News.az Milliyet-ə istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşılan və sürətlə yayılan görüntülərdə pilot, 21 aprel tarixində təyyarə Atlantaya endikdən sonra baş verən davaya müdaxilə edərkən görüntülənir. Təyyarədən enən iki qadın sərnişin dalaşarkən onları ayırmağa çalışan pilot qadınlardan birinin qolunun onun başına dəyməsindən əsəbiləşərək yumruqlamağa başlayır.

Qeyd edək ki, "Delta Airlines" keçən həftə də tualetə getdiyi üçün bir sərnişini təyyarədən endirmək istəmişdi. Sərnişinin etirazlarından sonra uçuş ləğv edilmişdi.

 

7News.az

QALMAQAL: Pilot qadın sərnişini yumruqladı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ