RU
Qanunsuz balıq ovlayan şəxs saxlanılıb
17:30
890

Qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Mingəçevirdə qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə 7News.Az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat verib.

Onun sözlərinə görə, qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Varvara Ovçuluq Təsərrüfatının ərazisində nəzarət tədbirləri keçirilib: "Nəzarət tədbirləri zamanı ərazidə qanunsuz balıq ovlayan şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Araşdırma zamanı brakonyerin Mingəçevir şəhər sakini Ceyhun Mirabov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb”.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ