RU
Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Füzuli və Xocavənddəki mövqelərini atəşə tutub
16:37
22

Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Füzuli və Xocavənddəki mövqelərini atəşə tutub

Noyabrın 21-i saat 10:00-dan saat 14:25-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Bu barədə 7News.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ