RU
Qara dənizdə iki gəmi toqquşdu - 7 türk dənizçi təhlükədə
15:00
25

Qara dənizdə iki gəmi toqquşdu - 7 türk dənizçi təhlükədə

Rumıniyanın Daxili İşlər Nazirliyi Qara dənizdə, Neptun kurort qəsəbəsi yaxınlığında baş verən gəmi qəzası ilə bağlı xilasetmə əməliyyatı keçirib. Əməliyyat zamanı qəzaya uğrayan yedək gəmisinin göyərtəsində olan yeddi türk dənizçinin xilas edilməsi üçün tədbirlər görülüb.

Bu barədə Rumıniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə bayrağı altında üzən "Ayaz Bey" yedək gəmisi Antiqua və Barbuda bayraqlı "Mentor" gəmisi ilə toqquşduqdan sonra saat 04:20-də beynəlxalq qəza siqnalı verib.

Məlumata əsasən, Türkiyəyə məxsus "Ayaz Bey" və "Ramazan Bey" adlı iki yedək gəmisi Ukrayna sularında, Odessa limanı yaxınlığında daha əvvəl zədələnmiş "Mentor" gəmisini Türkiyəyə aparırmış. Yedəyə alınan gəmidə isə heyət olmayıb.

Gecə saatlarında əlverişsiz hava şəraiti səbəbindən gəmiləri birləşdirən yedək trosları qırılıb. Troslar sonradan bərpa edilsə də, "Ayaz Bey" gəmisi "Mentor"la toqquşub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ