"Dağlıq Qarabağ çox mürəkkəb münaqişədir və biz anlayırıq ki, buna görə münaqişənin dinc və sülh yolu ilə həlli asan olmur".
7News.Az xəbər verir ki, bunu ABŞ-ın nəqliyyat komandanı, general Darren MakDyu (Darren McDew) Bakıda keçirdiyi brifinqdə deyib.
Makdyu ABŞ-ın ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilən sülh danışıqlarına münasibətini də bildirib: "Düşünürəm ki, münaqişə tərəfləri bir araya gələrək məsələləri müzakirə etdikləri, ümumi məxrəcə gəldikləri zaman ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tapılmasına öz dəstəyini verəcək".








