Qarabağ Universitetinin İncəsənət və Turizm fakültəsi Şuşaya köçürüləcək.
Bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, 1500-ə yaxın müəllim və tələbənin Şuşada daimi məskunlaşması deməkdir:
"Düşünürük ki, gənclər və tələbələr şəhərə yeni ab-hava qatacaqlar".
A.Kərimov məlumat verib ki, həmçinin Şuşa şəhərində uşaq bağçasının tikintisi nəzərdə tutulur.








