RU
Qarabağda qısamüddətli müharibə olacaq
15:30
1369

Qarabağda qısamüddətli müharibə olacaq

Bu ilin yay aylarında Ermənistan və Azərbaycan təmas xəttində yenidən gərginlik yaranacaq.

 

Bunu erməni ekspert Ara Papyan bildirib. 

Onun sözlərinə görə “Formula 1”-dən sonra, xüsusilə Roma papasının Ermənistana səfəri zamanı təmas xəttində yenidən toqquşmalar ola bilər: “İndi biz mərhələli müharibənin yeni əlamətlərini müşahidə edirik. Azərbaycan qısa müddət ərzində müəyyən addımlar atmaq istəyir. Ermənistan müharibənin yeni fazasına cəlb oluna bilər. Bu baxımdan Qarabağda qısa müddətli müharibənin olacağı istisna deyil”.

Papyan, həmçinin əlavə edib ki, Qarabağ münaqişəsi artıq ermənilər və azərbaycanlılar arasında olan problemdir./azvision

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ