Azərbaycan Respublikasının əməkdar həkimi, tibb elmləri namizədi Əvəz Səməd oğlu Zeynalov vəfat edib.
7News.Az publika-ya istinadən xəbər verir ki, uzun illər tibb sahəsində cərrah kimi çalışmış Ə.Zeynalov xəstəlik səbəbindən 84 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əvəz Zeynalov 22 dekabr 1935 -ci ildə Laçın rayonunun Aşağı Fərəcan kəndində anadan olub.
1955-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. 1969-1974 -cü illərdə Kiyev Dövlət Tibb Universitetində aspirantura təhsili alıb.
1988- ci ildən Laçın rayon mərkəzi xəstəxanasının baş cərrahı olub, 1500-dən çox cərrahiyyə əməliyyatları aparıb. Həmçinin Qarabağ müharibəsində yüzlərlə ağır yaralanmış döyüşçünü yenidən həyata qaytarıb. Onlarla qaçqın, köçkün və əlacsız xəstələri təmənnasız müalicə edib.
1992- ci ilin iyul ayından 2011- ci ilin avqust ayına qədər Bakı şəhəri Əfəndiyev adına 4 saylı klinik xəstəxanasında növbətçi cərrah vəzifəsində çalışıb.
Allah rəhmət eləsin.

7News.Az