RU
Qarabağı Ermənistana birləşdirən yol ÇÖKDÜ
14:25
507

Qarabağı Ermənistana birləşdirən yol ÇÖKDÜ

Ermənistan rəhbərliyi Dağlıq Qarabağa gedən ikinci yolun (Vardenis-Ağdərə) tikintisində ciddi problemlərlə üzləşiblər.


Yolun Ermənistandan işğal altındakı Azərbaycan  ərazilərinə keçən Sotk aşırımı adlı hissəsində asfalt qatı qrunt sularının təsiri ilə çöküb. Çökmə ərazisi 4 kilometr ərazini əhatə edir.


"Sotk aşırımında 4 kilometrlik hissə qrunt sularının təsiri ilə çöküb və asfaltlaşdırmaq mümkün deyil. Dəvət olunmuş mütəxəssislər artıq həmin ərazini öyrənir. Yekun açıqlamadan sonra işlərə davam edəcəyik” – deyə "Hayastan” fondunun Qarabağdakı nümayəndəsi Vitali Qazaryan  deyib.

Qazaryan yaranmış problemlə bağlı Vardenis-Ağdərə yolunun nəzərdə tutulduğu kimi dekbar ayında deyil, gələn ilin yazında istifadəyə verilə biləcəyini deyib. //modern.az

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ