RU
Qaradağ sakini həmyerlisini yumruqla öldürdü
16:10
507

Qaradağ sakini həmyerlisini yumruqla öldürdü

Qaradağ rayon sakini R.Dəmirova münaqişə zəminində onun ölümünə səbəb olan fiziki güc tətbiq edən M.Zəkiyev tutulub

7news.Az DİN-in saytına istinadən xəbər verir ki, avqustun 14-də Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Ruslan Dəmirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla qəsəbə ərazisində R.Dəmirovla həmyerlisi Murad Zəkiyev arasında münaqişə baş verməsi, sonuncunun onun sinə nahiyəsinə yumruqla vurması nəticəsində yıxılıb ölməsi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə M.Zəkiyev tutulub.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ