RU
Qaraqalpaqda fövqəladə vəziyyət yumşaldılır
18:40
147

Qaraqalpaqda fövqəladə vəziyyət yumşaldılır

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqda fövqəladə vəziyyətin yumşaldılması barədə fərman imzalayıb.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, ölkədə baş verən iğtişaşlarla əlaqədar olaraq Şavkat Mirziyoyev iyul ayının 3-də ölkədə fövqəladə vəziyyətin tətbiqi ilə bağlı fərman imzalayıb.

Fövqəladə vəziyyət avqustun 2-dək davam edəcək.

Xatırladaq ki, etirazların səbəbi kimi konstitusiyanın yanlış şərh edilməsi göstərilirdi.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ