Türkiyənin Artvin şəhərinin Kemalpaşa rayonunda torpaq sürüşməsi olub.
7News.Az İHA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində təbii fəlakət bölgəsində olan yük maşınları zərər görüb, yol bağlanıb.
Torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.








