Daxili İşlər Nazirliyi Şamaxıda qardaşını və onun arvadını güllələyən şəxsin saxlanılması ilə bağlı açıqlama yayıb.
7news.Az verdiyi xəbərə görə, iyunun 7-də Şamaxı şəhərində yaşayan Azad Rəşidzadə evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Azərə və onun arvadı Möminəyə xəsarət yetirib hadisə yerini tərk edib. Nəticədə Azər aldığı xəsarətdən hadisə yerində ölüb, Möminə xəstəxanaya yerləşdirilib.
Şamaxı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.
Şamaxı RPŞ və Qusar RPŞ əməkdaşlarının "isti izlər"lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Rəşidzadə tutulub.
7news.Az








