RU
Qaxda güclü yanğın baş verib: taxta sexi, yük maşını və tövlə yanıb - FOTO - VİDEO
09:05
534

Qaxda güclü yanğın baş verib: taxta sexi, yük maşını və tövlə yanıb - FOTO - VİDEO

Qax rayonunun Qıpçaq kəndində taxta sexində və tövlədə yanğın baş verib.

 Kənd sakini Roman Asıralı oğlu Nəbiyevə məxsus ümumi sahəsi 128 kv.m. olan taxta sexi, sexə bitişik 48 kvadratmetrlik mal tövləsi və sexin həyətində olan yük avtomobili yanıb.

Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın güclü olduğundan qarşısını almaq çətin olub. Nəticədə taxta sexində olan 7 kubmetr çinar taxtası, 5 ədəd dülgər dəzgahı, "QAZ-53" markalı yük avtomobilinin yük yerində olan 5 kubmetr odun və mal tövləsinin çardağına yığılmış 580 ədəd ot presi təmamilə yanaraq kül olub. Yanğın baş verən zaman sexdə heç kim olmayıb.

Faktla bağlı Qax Yanğından Mühafizə Hissəsində araşdırma aparılır./report

 

7News.Az

Video Player
 
00:00
00:46
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ