RU
Qayınata bu sözə görə kürəkənini öldürdü -
16:50
374

Qayınata bu sözə görə kürəkənini öldürdü - "Digər gəlinlərinizi də..." - VİDEO

Qaziantepedə (Türkiyə) məhkəmə oğlunun həyat yoldaşı ilə münasibət qurduğu üçün kürəkənini öldürən qayınataya hökm çıxarıb.

7News.Az haberler.com-a istinadən xəbər verir ki, cəza qərarı azaldılıb. Ömürlük cəza 12 il 6 aya endirilib. Hadisə barədə ifadə verən qayınata kürəkəninə "Niyə belə şərəfsiz bir iş gördün?" dediyini, bunun müqabilində "digər gəlinlərinizi də yoldan çıxaracağam" cavabını eşitdikdən sonra atəş açıb. "Niyyətim qolunu və ayağını sındırmaq idi" deyə qayınata bildirib. Vəkillər ümumiyyətlə ataya bəraət verilməsini tələb edirdilər.

"Təəssüf edirəm. Bu vaxta qədər polis idarəsinin qapısını tanımadım" deyə qatil ata son sözündə bəyan edib.


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ