RU
Qazax sakini 3 həmyerlisinə bıçaq və tüfənglə xəsarət yetirib
21:40
564

Qazax sakini 3 həmyerlisinə bıçaq və tüfənglə xəsarət yetirib

Qazaxda üç nəfərə xəsarət yetirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 7NEWS.Az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avqustun 22-də rayon sakini R.Əlirzayevə və S.Mansurova bıçaqla, K.Məmmədovun isə ayaq nahiyəsinə odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini E.Hüseynov saxlanılıb. Saxlanılan şəxsdən nömrəsi silinmiş "Makarov” markalı tapança və 1 ədəd patron götürülüb.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ