Qazaxda həmyerlisinə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb Mərkəzinin sorğusuna əsasən verilən məlumata görə, Qazax rayon sakini, 2004-cü il təvəllüdlü Nicat Nəsibov bıçaqlamaqda şübhəli bilinən, 2005-cı il təvəllüdlü həmyerlisi Əlövsət Musayev saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
----
Qazax rayon sakini qolundan bıçaq xəsarəti alıb.
Rayonun Ağköynək kənd sakini, 2004-cü il təvəllüdlü Nicat Nəsibov qolundan bıçaqlanıb.
O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
N.Nəsibovun kim tərəfindən və hansı səbəblərdən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
7NEWS.Az








