RU
Qazaxda qardaş qardaşı bıçaqlayıb
21:23
146

Qazaxda qardaş qardaşı bıçaqlayıb

Qazaxda bıçaqlanma olub.

7NEWS.Az-ın Qərb Mərkəzinin məlumatına görə, hadisə Qaymaqlı kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Mustafa Qaracayevi bıçaqlanıb. O, üç bıçaq xəsarəti ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən M.Qaracayevin qardaşı, 1971-ci il təvəllüdlü Araz Qaracayev polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Hadisənin ev və torpaq sahəsi üstə düşən mübahisə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ