RU
Qazaxıstan Prezidenti ölüm hökmünün ləğvi ilə bağlı qərarı təsdiqləyib
21:10
351

Qazaxıstan Prezidenti ölüm hökmünün ləğvi ilə bağlı qərarı təsdiqləyib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölüm hökmünün ləğv olunması üçün qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi haqda qərarı təsdiqləyib.

7NEWS.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qəbul olunan dəyişikliklər ölüm hökmünün Cinayət Məcəlləsindəki bütün müvafiq maddələrdən çıxarılmasını nəzərdə tutur.

Qanuna dəyişiklik Qazaxıstanın 2021-ci ilin yanvarında ratifikasiya etdiyi BMT-nin Mülki və Siyasi Hüquq Haqqında Paktın ikinci fakültativ protokolu əsasında həyata keçiriləcək.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ