RU
Qazaxıstan Prezidenti paytaxtı tərk etməyəcəyini bəyan edib
18:25
181

Qazaxıstan Prezidenti paytaxtı tərk etməyəcəyini bəyan edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.

7NEWS.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu gün ikinci dəfə xalqa müraciət edən Tokayev ölkədən qaçması barədə yayılan xəbərləri təkzib edib.
O, paytaxt Nur-Sultanda olduğunu və şəhəri heç bir halda tərk etməyəcəyini bildirib.

Xalqa müraciətində asayiş keşikçiləri arasında ölüm hallarının olduğunu vurğulayan Prezident bundan sonra təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı maksimum sərt davranacağını qeyd edib.

Tokayev vəziyyətin stabilləşməsi üçün tezliklə yeni təkliflər paketi ilə çıxış edəcəyini bəyan edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ