Qazaxıstan prezidenti Nursultan Nazarbayev Milli Təhlükəsizlik Komitəsinə respublikada biznesə təzyiq göstərən məmurların müəyyən olunmasını tapşırıb.
7News.Az xəbər verir ki, bununla bağlı Nazarbayevin Qazaxıstan xalqına illik müraciətində məlumat verilib.
Nazarbayev hesab edir ki, Qazaxıstan nağdsız iqtisadiyyata keçməlidir, çünki nağd ödəmələrin olduğu iqtisadiyyat korrupsiya cinayətinə əsas verir. Dövlət başçısı hökumətə üç il ərzində kölgə iqtisadiyyatdakı dövriyyəni 40 faiz azaltmaq üçün tədbirlər görməyi əmr edib.
Bundan başqa, 2019-cu il yanvarın 1-dən Qazaxıstanda vergi pozuntularına görə cinayət məsuliyyətinin tətbiqi və cərimələrin məbləği artırılacaq.
7News.Az








